“Rusiyadan danışmağa başlayanda televizoru söndürürəm” - Tramp

“Rusiyadan danışmağa başlayanda televizoru söndürürəm” -  Tramp
  04 Sentyabr 2020    Oxunub:3044
ABŞ Prezidenti Donald Tramp Rusiyadan danışmağa başlayanda televizoru söndürdüyünü etiraf edib.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ lideri Pensilvaniya ştatının Latrob şəhərində seçkiqabağı mitinqdə çıxışı zamanı deyib. O, həmçinin Rusiya ilə anlaşmaq istəyini də dilə gətirib.
"Onlar həmişə deyirlər ki, Tramp radikaldır, çox radikaldır, bizi müharibəyə aparacaq. Mən sizi müharibələrdən uzaqlaşdırdım. Şimali Koreya ilə nə baş verdi? Kim Çen Inla yaxşı münasibət qurdum. Dəhşətli olduğunu dedilər. Rusiya ilə münasibətləri yoluna qoysam, yaxşıdır, yoxsa pis? Yaxşı olduğunu düşünürəm".

Demokrat konqresmen Adam Şiffi xatırlayan Tramp deyib ki, bu manyaklar hər zaman Rusiya haqqında danışır. Heç vaxt Çin barədə danışmırlar.

"Bura həmişə Rusiyadır. Onlar əsl manyakdır, hiyləgər Şiff. Hesab edirəm ki, digər ölkələrlə münasibətləri yoluna qoymaq yaxşıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ŞimaliKoreya  





Xəbər lenti