İrəvanda aksiya - Etirazçılar Rusiyaya getmək istəyir

  İrəvanda aksiya  - Etirazçılar Rusiyaya getmək istəyir
  04 Sentyabr 2020    Oxunub:3023
Rusiyada yaşayan və işləyən Ermənistan vətəndaşları İrəvanda parlament binası yaxınlığında etiraz aksiyası keçirirlər.
Azvision.az xəbər verir ki, onlar hakim “Mənim addımım” blokunun deputatları ilə görüşməyi və sərhədlərin açılmasını tələb edirlər.

“Hamımız gündəlik çörək qazanmaq məsələsini həll etmək üçün burdayıq. Karantinin nə qədər davam edəcəyini bilmək istəyirik ki, sonra necə olacağını anlayaq. İnsanlar bilmirlər ki, övladlarını məktəbə göndərsinlər, ya yox”, - aksiya iştirakçısı Benedikt Manqasaryan deyib.

O əlavə edib ki, etirazçılar yalnız hakim fraksiyanın deputatları ilə görüşmək istəyirlər və bir qrup olaraq parlamentə getməyə hazırdırlar.

Eyni zamanda, etirazçılar çətin sosial problemlərlə qarşılaşdıqları, Rusiyadakı işləri olmadan uzun müddət davam gətirə bilməyəcəklərini vurğulayıblar.

"Ailələrimiz Rusiyada qaldı, mən pensiya ilə yaşaya bilmirəm. Evim yoxdur, Rusiyada isə uşaqlarımla birlikdə yaşayıram. Hökumət bizə kömək etsin ki, ailələrimizlə bir araya gələk".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiyada  





Xəbər lenti