Bakının mərkəzində kran aşdı, yol bağlandı - VİDEO (YENİLƏNİB)

Bakının mərkəzində kran aşdı, yol bağlandı -  VİDEO (YENİLƏNİB)
  04 Sentyabr 2020    Oxunub:7168
Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev Azvision.az-a bildirib ki, hazırda avtomobillər, eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər:

"Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik".

***
Bakıda Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

BNA rəsmisi bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edib.



Qeyd edək ki, kranın yaşayış binasının və yaxınlıqdakı avtomobillərin üzərinə aşdığı deyilir.

Azvision.az


Teqlər: Kran   Aşıb   Bakı  





Xəbər lenti