Kranın aşması nəticəsində bir nəfər ölüb

 Kranın aşması nəticəsində bir nəfər ölüb
  04 Sentyabr 2020    Oxunub:4257
Bakı şəhəri, Möhsün Sənani 29 ünvanında kranın aşması ilə əlaqədar təcili tibbi yardıma saat 14:04-də müraciət daxil olub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

Hazırda dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşdirilir.

Aytən Zəhra
Azvision.az




Teqlər: Kran  





Xəbər lenti