Ermənistanda hərbi maşın qəzaya düşdü - Yaralılar var

Ermənistanda hərbi maşın qəzaya düşdü -  Yaralılar var
  04 Sentyabr 2020    Oxunub:4213
Bu gün Ermənistanın Tavuş bölgəsində hərbi yük maşınının iştirakı ilə qəza baş verib.
Azvision.az “News.am”a istinadən xəbər verir ki, “UAZ”la hərbi yük maşını “Ural” toqquşub.

Yol qəzası nəticəsində biri hərbi qulluqçu olmaqla xəsarət almış üç nəfər Berd xəstəxanasına yerləşdirilib. Digər iki nəfər baba və nəvədir.

Sürücülərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berd  





Xəbər lenti