Rəsmi Bakı husilərin Ərəbistana qarşı hücumlarını pislədi

 Rəsmi Bakı husilərin Ərəbistana qarşı hücumlarını pislədi
  04 Sentyabr 2020    Oxunub:3978
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və obyektləri hədəf alan davamlı cəhdlərini pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində paylaşım edilib.

"Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki obyektləri hədəf alan davamlı cəhdlərini pisləyirik",- deyə paylaşımda bildirilib.

XİN bəyan edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri dəstəkləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Ərəbistan   Husi  





Xəbər lenti