Tbilisidə partlayış olub: Ölən və yaralılar var

Tbilisidə partlayış olub:  Ölən və yaralılar var
  04 Sentyabr 2020    Oxunub:3091
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində partlayış baş verib.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə Tbilisi Filarmoniyasının yaxınlığında təmir edilən klubda qaz balonunun partlaması səbəb olub.

Polis əməkdaşları, yanğınsöndürmə və xilasetmə briqadaları hadisə yerinə cəlb olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tbilisi   Partlayış  





Xəbər lenti