İctimai nəqliyyat iki gün işləməyəcək

   İctimai nəqliyyat iki gün işləməyəcək
  05 Sentyabr 2020    Oxunub:4689
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də sentyabrın 15-dək dayandırılıb.

Azvision.az


Teqlər: Avtobus   Nəqliyyat  





Xəbər lenti