“Navalnının zəhərlənməsinə dair heç bir dəlil yoxdur” - Tramp

 “Navalnının zəhərlənməsinə dair heç bir dəlil yoxdur” -  Tramp
  05 Sentyabr 2020    Oxunub:3771
ABŞ-da Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinə dair heç bir dəlil yoxdur və hələ nə baş verdiyini dəqiq bilmirik.
Azvision.az xəbər verir ki, bunu Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp deyib.

“Nə baş verdiyini dəqiq bilmirəm. Düşünürəm ki, bu, bir faciədir, dəhşətlidir və olmamalıdır. Hələ əlimizdə heç bir dəlil yoxdur, amma araşdıracağam", - deyə ABŞ lideri əlavə edib.

Onun sözlərinə görə, Navalnının həqiqətən zəhərləndiyi ortaya çıxarsa, buna çox qəzəblənəcək: “Verilən məlumatları, sənədləri araşdıracağıq, çünki yaxın bir neçə gün ərzində bizə çoxlu sənəd göndəriləcək".

Tramp, həmçinin ABŞ rəsmilərinin Navalnı ilə bağlı Almaniyanın gəldiyi nəticələri şübhə altına almadığını vurğulayıb.

"Xeyr. Almaniyanın nəticələrinin qəti olduğunu eşitdim. Lakin onları hələ görməmişik”.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniya hökuməti Navalnının analizlərinin nəticələrinə əsasən, onun “Noviçok” qrupundan olan kimyəvi maddə ilə zəhərləndiyi barədə açıqlama yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti