Tankçılarımız Rusiyada dördüncü oldu - YENİLƏNİB

Tankçılarımız Rusiyada dördüncü oldu -  YENİLƏNİB
  05 Sentyabr 2020    Oxunub:11097
Bu gün “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final görüşünə çıxıb.
Azvision.az xəbər verir ki, final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışıblar.

Azərbaycan təmsilçiləri Alabino poliqonunda təşkil olunan yarışda 16 ölkə arasında dördüncü yeri tutublar.

Rusiya tankçıları müsabiqənin qalibi olub. Çin ikinci, Belarus tankçıları isə üçüncü yeri qazanıblar. Bununla da “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarına yekun vurulub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Tankbiatlonu   Tankçı   Azərbaycan   Final  





Xəbər lenti