Mingəçevirdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb

 Mingəçevirdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb
  05 Sentyabr 2020    Oxunub:4484
Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan Azvision.az -a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Mingəçevir   Prokurorluq  





Xəbər lenti