TƏBİB koronavirusla bağlı son statistikanı yaydı

   TƏBİB koronavirusla bağlı son statistikanı yaydı
  05 Sentyabr 2020    Oxunub:9779
Azərbaycanda koronavirusla bağlı 5 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 7179 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 956 min 492-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 131, süni tənəffüs cihazında olan xəstə sayı 12 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 37 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib. Aktiv xəstə sayı 2082 nəfərdir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti