Millimiz ilk oyunda məğlub oldu - YENİLƏNİB

 Millimiz ilk oyunda məğlub oldu -  YENİLƏNİB
  06 Sentyabr 2020    Oxunub:14697
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.
Azvision.az xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə qarşılaşıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. O, rəqib futbolçunu vurduğuna görə cəzalandırılıb.

Matçın 43-cü dəqiqəsində komandamız hesabı açıb. Ramil Şeydayev başla topu rəqib qapısından keçirib.

Azərbaycan - Lüksemburq oyununun birinci hissəsi bu hesabla başa çatıb.

48-ci dəqiqədə rəqib komanda hesabı bərabərləşdirib. Millimizin heyətində Anton Krivotsyuk avtoqola imza atıb.

Görüşdə sayca üçüncü qol 72-ci dəqiqədə vurulub. Lüksemburqun futbolçusu penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb.

Matçda əlavə vaxtda qol vurulmayıb. Beləliklə, Azərbaycan millisi öz meydanında keçirdiyi ilk oyunda 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Kris Kavanaq olub. Ona Daniel Riçard Kuk və Sian Massey kömək ediblər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirib.

XXX

UEFA Millətlər Liqasının 1-ci turunda bu gün saat 20:00-da başlayacaq Azərbaycan - Lüksemburq oyununun start heyətləri açıqlanıb.

Azvision.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətdə çıxacaqlar.

Azərbaycan

1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 6. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 21. Amin Seydiyev, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov, 9. Renat Dadaşov

Lüksemburq

1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 8. Kristofer Martins, 10. Gerson Rodriges, 11. Vinsen Till, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 18. Laoren Yans (k), 21. Mauritse Devill

Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 19. Marvin Martens, Yarımmüdafiəçilər, 6. Florian Bohnert, 9. Danel Sinani, 22. Aldin Skenderoviç, 11. Stefano Bensi, 17. Alessio Kurçi, 20. Edvin Muratoviç

Azvision.az


Teqlər: Milli   Futbol  





Xəbər lenti