Müdafiə naziri “BOO - 2020”nin bağlanış mərasimində - FOTO

  05 Sentyabr 2020    Oxunub : 4258
Müdafiə naziri “BOO - 2020”nin bağlanış mərasimində -  FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.
Azvision.az xəbər verir ki, “BOO - 2020” yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən “Dəniz kuboku” və “Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.





Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi