Koronavirusa yoluxanların sayı 27 milyonu keçdi

  06 Sentyabr 2020    Oxunub : 7101
   Koronavirusa yoluxanların sayı 27 milyonu keçdi
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 27 milyon nəfəri ötüb.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 27 milyon 66 min 533, pandemiya qurbanlarının sayı isə 883 min 744 nəfərə çatıb.

İndiyədək 19 milyon 170 min 146 nəfər xəstəlikdən sağalıb.

Ən çox yoluxma halları ABŞ (6 431 152), Braziliya (4 123 000), Hindistan (4 110 839), Rusiya (1 020 310) və Peruda (683 702) qeydə alınıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya