Azərbaycanlı kişi Türkiyədə 18 yaşlı qızı öldürdü

 Azərbaycanlı kişi Türkiyədə 18 yaşlı qızı öldürdü
  06 Sentyabr 2020    Oxunub:9291
Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa məhəlləsində qətl törədilib.

Azvision.az xəbər verir ki, Vüsal Orucov adlı azərbaycanlı kişi birlikdə yaşadığı 18 yaşlı Sevilay Kayanın boğazını kəsib. Qadın hadisə yerində dünyasını dəyişib.
V.Orucov polis əməkdaşlarına könüllü təslim olub. Qətlin xəyanət üstündə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Qətl  





Xəbər lenti