Reanimasiyada olan xəstələrin sayı açıqlandı

   Reanimasiyada olan xəstələrin sayı açıqlandı
  06 Sentyabr 2020    Oxunub:4143
Azərbaycanda koronavirusla bağlı 6 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6612 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 963 104-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 130, süni tənəffüs cihazında olan xəstə sayı 11 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 37 min 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib. Aktiv xəstə sayı 2076 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti