Sabahdan kafe-restoranlar gecə 12-yə kimi işləyəcək

  Sabahdan kafe-restoranlar gecə 12-yə kimi işləyəcək
  07 Sentyabr 2020    Oxunub:4080
Sabahdan Azərbaycanda növbəti dəfə karantin rejimi yumşaldılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında bildirilib.

Belə ki, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.

Azvision.az


Teqlər: Restoran   Kafe   Karantin  





Xəbər lenti