Səfirlikdən Ermənistana silah daşınması xəbərinə reaksiya

 Səfirlikdən Ermənistana silah daşınması xəbərinə reaksiya
  07 Sentyabr 2020    Oxunub:4557
İranın Azərbaycandakı səfirliyi Rusiyaya məxsus silah və hərbi texnikaların İran ərazisindən Ermənistana daşınması barədə yayılan xəbərlərə münasibət bildirib.
Səfirlikdən Azvision.az -a daxil olan açıqlamada məlumatların əsassız olduğu qeyd edilib:

“Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyil”.

Azvision.az


Teqlər: İran   Səfrilik   Silah  





Xəbər lenti