Avtobusların sayı artırılır - Gücləndirilmiş iş rejimi elan edildi

 Avtobusların sayı artırılır  - Gücləndirilmiş iş rejimi elan edildi
  07 Sentyabr 2020    Oxunub:4591
Sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılması ilə əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda gücləndirilmiş iş rejimi elan edib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib.

Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxıda sentyabrın 8-dən avtobuslarla daha sıx qrafiklə xidmət göstəriləcək.

Qeyd edək ki, bu ilin mart ayından etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı tətbiq edilən məhdudiyyət öz qüvvəsində qalır.

Azvision.az



Teqlər: DANX  





Xəbər lenti