Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

 Həftəsonu yol qəzalarında 5 nəfər ölüb
  07 Sentyabr 2020    Oxunub:3536
Həftəsonu ölkə ərazisində baş vermiş yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ötən şənbə-bazar günləri respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər həyatını itirib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Yol-Qəzaları   DİN  





Xəbər lenti