“İran Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir” - Yeni səfir

  “İran Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir” -      Yeni səfir
  07 Sentyabr 2020    Oxunub:5093
“İran Dağlıq Qarabağ münaqişəsi məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyir”

Azvision.az xəbər verir ki, bunu İranın ölkəmizə yeni təyin edilən səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşdə deyib.
Onun sözlərinə görə, İran münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazırdır.

Ceyhun Bayramov isə, öz növbəsində, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.

Azvision.az


Teqlər: İran   Qarabağ  





Xəbər lenti