Yeni dərs ilinə aid tədris planları təsdiqləndi

 Yeni dərs ilinə aid tədris planları təsdiqləndi
  07 Sentyabr 2020    Oxunub:5983
Ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, “Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına uyğun təşkil olunacaq.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti