TƏBİB: 12 xəstə süni tənəffüs cihazına qoşulub

  07 Sentyabr 2020    Oxunub : 3044
TƏBİB: 12 xəstə süni tənəffüs cihazına qoşulub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 7-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Azvision.az xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 030 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 418 nəfərə, sağalanların sayı 34 837 nəfərə, vəfat edənlərin sayı isə 551 nəfərə çatıb.

Azvision.az

Teqlər: Koronavirus   Azərbaycan