Gürcüstana giriş qaydaları dəyişdi

Gürcüstana giriş qaydaları dəyişdi
  07 Sentyabr 2020    Oxunub:3711
Gürcüstan hökuməti ölkəyə daxil olarkən karantində qalma müddətini 12 saatdan 8 saata endirib. Bundan əlavə, 15 sentyabrdan etibarən ölkəyə gələcək şəxslərdən 72 saat ərzində keçərli olan PZR testi tələb olunacaq.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib.

Yeni qərar koronavirusla mübarizə üzrə Koordinasiya Şurasının iclasında qəbul olunub.

Qərara əsasən xaricdən Gürcüstana gələn şəxslər (Almaniya, Fransa, Latviya, Litva və Estoniya istisna olmaqla) məcburi karantinə alınacaq.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti