Yoluxma sayı niyə azaldı? - TƏBİB açıqladı

 Yoluxma sayı niyə azaldı? -    TƏBİB açıqladı
  07 Sentyabr 2020    Oxunub:6315
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) gündəlik test və yoluxma sayının az olmasının səbəbini açıqlayıb.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirildiyindən, həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir:

"Sabahdan etibarən karantin rejiminin daha da yumşaldılacağı səbəbindən, bir daha vətəndaşlarımızı sanitar-epidemioloji qaydalara riayət etməyə çağırırıq".

Xatırladaq ki, bu gün 3936 test edilib.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti