Kafe və restoranlarla bağlı qərar qüvvəyə mindi

 Kafe və restoranlarla bağlı qərar qüvvəyə mindi
  08 Sentyabr 2020    Oxunub:4277
Bu gündən başlayaraq müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmət göstərmək mümkün olacaq.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq bu gündən etibarən ictimai iaşə obyektlərinin daxilində saat 00:00-a qədər xidmət göstərilməsinə icazə verilir.

Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 8-i saat 00:00-dan bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Azvision.az


Teqlər: Kafe   Restoran   Karantin  





Xəbər lenti