Ötən il qeydə alınan körpə ölümlərinin sayı açıqlandı

 Ötən il qeydə alınan körpə ölümlərinin sayı açıqlandı
  08 Sentyabr 2020    Oxunub:3074
Ötən il Azərbaycanda perinatal dövrdə (perinatal dövr dölün bətndaxili həyatının 22-ci tam həftəsindən (154-cü gündən) başlayır və doğuşdan 7 tam gün keçdikdən sonra qurtarır) 1336 körpə ölümü baş verib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, həmin körpələrdən 569-ü ölü doğulub. 7 günədək ömür sürən körpələrin sayı isə 767 nəfər olub.

Perinatal ölümün əmsalı hər 1000 nəfər diri doğulana 9,4 nəfər təşkil edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Körpə   Ölüm  





Xəbər lenti