Postlar götürüldü, rayon yollarında vəziyyət necədir? - AÇIQLAMA

 Postlar götürüldü, rayon yollarında vəziyyət necədir? -  AÇIQLAMA
  08 Sentyabr 2020    Oxunub:11584
Karantin postlarının götürülməsindən sonra Bakıdan bölgələrə kütləvi axın müşahidə olunmur. Əksinə, hərəkət bir qədər azalıb.

Bunu Azvision.az -a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, hazırda kameralarla müşahidələr aparılır və hərəkət intensivliyi çox aşağıdır.

Şöbə rəisi, həmçinin qeyd edib ki, kim öz avtomobili ilə rayonlara getmək istəyirsə, gediş-gəliş sərbəstdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən başlayaraq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla aradan qaldırılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DYP   Kamran-Əliyev  





Xəbər lenti