Səfirimiz “Əl-Cəzirə”nin baş direktoru ilə görüşdü

Səfirimiz “Əl-Cəzirə”nin baş direktoru ilə görüşdü
  08 Sentyabr 2020    Oxunub:2918
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov dünyanın aparıcı informasiya qurumlarından biri olan “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüş zamanı media və informasiya mübadiləsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. “Əl-Cəzirə”nin baş direktoru M.Savvaq bu cür görüşlərin sözügedən sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib.

Görüşdə Rəşad İsmayılov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətini məlumatlandırıb və Ermənistanın təcavüzkar siyasətindən danışıb. Səfir Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyət, o cümlədən ölkəmizin mədəni-dini abidələrinə vurulan zərərdən ətraflı söz açıb. O, həmçinin Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar barədə həmsöhbətinə məlumat verib.

Azvision.az


Teqlər: Səfir  





Xəbər lenti