Deputatın yol polisi ilə bağlı şikayəti araşdırılır
Deputat bildirib ki, qaldırdığı məsələlərlə bağlı problemlərin araşdıralacağını deyiblər və məlum polis nəfəri ilə bağlı müvafiq tədbirlərin görüləcəyini vurğulayıblar:
"Araşdırma gedir. Anlaşıqlı söhbət, bir-birimizi başa düşmək, məsələlərin həlli yolunda addımlamaq cəhdləri də xoşuma gələn məqamlar oldu. Mən heç bir məmurun, heç bir dövlət idarəsinin, vəzifəli şəxslərin düşməni deyiləm, onlara qarşı da qərəzim yoxdur və ola da bilməz. Xalqa, sürücülərə hörmət edin və hörmət görün. Danışığımızdan hasil olan nəticə budur ki, müəyyən müsbət addımlar atılacaq ki, sürücülər incidilməsin və ya narazı qalmasın. Davranış etikası mühümdür, bunu da müzakirə etdik.
Açığı hər dəfə problem, umu-küsü ilə gündəmə gəlmək xoşuma gəlmir. Belə çıxmasın ki, ancaq narazıyam və ancaq tənqid etməyi sevirəm. Bilmirəm niyə belə alınır? Bəlkə də laqeyd qala bilmirəm, bəlkə mənə də sərt karantin rejimi təsir edib və emosiyalarımı idarə etməyə mane olur. Sonra düşünürəm ki, təsiri ola bilər, amma ən böyük səbəb daşıdığım siyasi məsuliyyətdir. Azərbaycanda insanlarımızın dövlətindən narazı qalmasını istəmirəm".
Azvision.az
Teqlər: Deputat Razi-Nurullayev