600-dən çox bal toplayanların sayı açıqlandı

  600-dən çox bal toplayanların sayı açıqlandı
  08 Sentyabr 2020    Oxunub:5904
Bu il I ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 607 nəfər olub. Bu, iştirakçıların 2,15 faizini təşkil edir.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, keçən il I ixtisas qrupunda 553 nəfər 600 baldan yuxarı nəticə göstərib, bu da 2 faiz təşkil edirdi.

“Bu il I ixtisas qrupu üzrə 0-100 bal arasında nəticə göstərənlərin sayı 16 faiz olub. 100 baldan yuxarı nəticə göstərənlərin sayı 84 faizdir. Keçən il 100 baldan yuxarı nəticə göstərənlərin sayı 79 faiz idi.

Bu il II ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərənlərin sayı 215 nəfərdir, bu da iştirakçıların 1, 65 faizini təşkil edir. Keçən il 600 baldan yuxarı nəticə göstərənlərin sayı 404 nəfər, təxminən iştirakçıların 2,5 faizi idi. Həmçinin bu il II ixtisas qrupunda iştirakçıların sayı 2 min nəfər azdır”.

M.Abbaszadə əlavə edib ki, cari ildə III ixtisas qrupunda 550 nəfər 600 baldan yuxarı nəticə göstərib. Bu isə iştirakçıların 2,5 faizi deməkdir.

“Keçən il bu ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərənlərin sayı 604 nəfər idi, bu da iştirakçıların 2,8 faizini təşkil edir. IV ixtisas qrupunda bu il 353 nəfər 600 baldan yuxarı nəticə göstərib, bu da iştirakçıların 7,37 faizidir. Keçən il bu rəqəm 378 nəfəri idi, yəni iştirakçıların 7,45 faizi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti