Azərbaycanda daha 139 nəfər COVID-19-a yoluxdu

 Azərbaycanda daha 139 nəfər COVID-19-a yoluxdu
  08 Sentyabr 2020    Oxunub:5349
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973 838 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti