Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı

Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
  08 Sentyabr 2020    Oxunub:4218
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 8-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Azvision.az xəbər verir ki, hazırda xəstələrin 135-i reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 040 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 557, sağalanların sayı 34 965, vəfat edənlərin sayı isə 552 nəfərə çatıb.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti