“İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm” - Rusiyalı alim

 “İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm” -    Rusiyalı alim
  09 Sentyabr 2020    Oxunub:4125
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”nu görkəmli oftalmoloq, Rusiya Elmlər Akademiyasının (REA) üzvü Alevtina Brovkinaya təqdim edib.
Azvision.az -ın məlumatına görə, ölkəmizin Moskvadakı səfirliyində Polad Bülbüloğlu görkəmli alim, oftalmoloq, RAE-nin üzvü Alevtina Brovkina ilə görüşüb, ali mükafatı ona təqdim edib və Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Alevtina Fyodorovna Brovkina “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

A.Brovkina mükafata görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan onun üçün doğma ölkədir.

“Məni Azərbaycanla görkəmli oftalmoloq Zərifə Əliyeva və görkəmli dövlət xadim Heydər Əliyevlə xatirələrim bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin mənə diqqəti sevindiricidir. Mən ona sonsuz təşəkkürümü bildirirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında səhiyyə sahəsində əlaqələrin inkişafında mühüm rolu olan A.Brovkina göz xəstəliklərinin bir sıra qabaqcıl müalicə üsullarının müəllifidir.

Bu il 90 yaşı tamam olan alimə səfirlik adından ümummilli lider Heydər Əliyev və Bakı haqqında kitablar, suvenirlər təqdim edilib.

Azvision.az



Teqlər: Alim   Moskva   Sədirlik  





Xəbər lenti