Koronavirusdan ölənlərin sayı 900 mini keçdi

   Koronavirusdan ölənlərin sayı 900 mini keçdi
  09 Sentyabr 2020    Oxunub:3027
Dünyada koronavirus infeksiyasından vəfat edənlərin sayı 900 min nəfəri ötüb.

Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 27 milyon 738 min 971, pandemiya qurbanlarının sayı isə 901 min 869 nəfərə çatıb.
İndiyədək 19 milyon 832 min 690 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti