Daha 400 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı

   Daha 400 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
  09 Sentyabr 2020    Oxunub:4560
Koronavirus pandemiyası səbəbindən Dağıstanda qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyası məlumat yayıb.

Bildirilib ki, 400 nəfərdən ibarət qrup Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçiblər.

Xatırladaq ki, ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün sərhəd yaxınlığında Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti yaşayış məntəqəsi təşkil olunub.

Azvision.az


Teqlər: Rusiya   Sərhəd  





Xəbər lenti