Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd - YENİLƏNİB

Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd -  YENİLƏNİB
  09 Sentyabr 2020    Oxunub:3806
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd zamanı həlak olanların sayı 10 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə TOLOnews telekanalı təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

İnsident nəticəsində daha 10 nəfərin yaralandığı bildirilib.

***
Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Salehin xidməti avtomobilinə paytaxt Kabildə silahlı hücum olub.

Azvision.az xəbər verir ki, sui-qəsd nəticəsində Birinci vitse-prezident xəsarət alıb, 2 nəfər həlak olub, digər 12 nəfər isə yaralanıb.

Əmrullah Saleh hadisə zamanı əlindən yaralandığını, lakin belə hücumların onun mübarizəsinə mane olmayacağını bildirib.

Qeyd edək ki, hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti