Azərbaycanda xeyriyyəçiliyin hüquqi bazası yaradılır

Azərbaycanda xeyriyyəçiliyin hüquqi bazası yaradılır
  09 Sentyabr 2020    Oxunub:2509
“Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı işlər aparılır. Həmçinin, payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi gözlənilir.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, adıçəkilən qanun layihəsi Azərbaycanda xeyriyyəçiliyin hüquqi bazasını yaratmaq üçün mühüm addımdır.

O, “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanmasının deputat Soltan Məmmədova həvalə olunmasını təklif edib.

“Həmin qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun yaradılması və Soltan Məmmədovun həmin qrupun rəhbəri olmasını təklif edirəm”, - deyə komitə sədri vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Komitə  





Xəbər lenti