Baş Nazir tədrislə bağlı qərarda dəyişiklik etdi

Baş Nazir tədrislə bağlı qərarda dəyişiklik etdi
  09 Sentyabr 2020    Oxunub:4212
Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.

Qərara əlavə olunan yeni bəndə əsasən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.

Qeyd edək ki, qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti