Məzunlar məktəb proqramının 45–68%-ni mənimsəmirlər

 Məzunlar məktəb proqramının 45–68%-ni mənimsəmirlər
  09 Sentyabr 2020    Oxunub:3492
Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun məktəb proqramının 45–68%-ni mənimsəmir.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

Məlumatda qeyd edilib ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 52.30, riyaziyyatdan 36.03, ingilis dilindən 38.17%-nə, II mərhələdə ana dilindən 54.26, ədəbiyyatdan 50.80, riyaziyyatdan 33.35, fizikadan 32.01, kimyadan 35.20, biologiyadan 55.33, tarixdən 43.28, coğrafiyadan 47.16%-inə düzgün cavab verib.

Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 48.93, riyaziyyatdan 36.08, ingilis dilindən 54.48%-nə, II mərhələdə ana dilindən 54.70, ədəbiyyatdan 46.34, riyaziyyatdan 34.35, fizikadan 32.41, kimyadan 36.32, biologiyadan 48.70, tarixdən 34.91, coğrafiyadan 42.94%-inə düzgün cavablandırıb. Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 32-55 faizinə düzgün cavab verib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Məzun   Məktəb  





Xəbər lenti