Övladlığa uşaq götürənlərə müavinət verilə bilər

Övladlığa uşaq götürənlərə müavinət verilə bilər
  09 Sentyabr 2020    Oxunub:4945
“Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklikdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 480 manat müavinət verilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bu müavinətlər övladlığa götürülməsi üçün daha az müraciət olunan uşaqlara aiddir.

Həmin müavinətin alınması üçün uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edilməlidir.

Qeyd edək ki, layihə qəbul edilsə, bu müavinətlər 2021-ci ilin yanvarın 1-dən müvafiq şəxslərə təyin olunacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Uşaq   Övladlığa-götürülən  





Xəbər lenti