Prezident dövlət qurumuna pul ayırdı - SƏRƏNCAM

   Prezident dövlət qurumuna pul ayırdı -    SƏRƏNCAM
  09 Sentyabr 2020    Oxunub:4059
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Prezidentin ehtiyat fondundan Dövlət Xidmətinə 3 milyon 866 min manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti