Sabah daha bir komitə iclası keçiriləcək

Sabah daha bir komitə iclası keçiriləcək
  09 Sentyabr 2020    Oxunub:2534
Sabah Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı.

2.“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

3.Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

4.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

5.Cari məsələlər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti