Fuad Axundov AzTV-də: “Əsrlər, nəsillər”

Fuad Axundov AzTV-də:    “Əsrlər, nəsillər”
  09 Sentyabr 2020    Oxunub:10640
Azərbaycan Televiziyasında yeni mövsümdə yayımlanacaq yeni layihələrdən biri “Əsrlər, nəsillər” verilişidir.
Azvision.az xəbər verir ki, proqram tarixçi Fuad Axundovun təqdimatında efirə gedəcək.

“Əsrlər, nəsillər”də Azərbaycanın tarixi şəxsiyyətləri, tarixi əhəmiyyətli abidələr, qədim məkanlar barədə araşdırmalar aparılacaq, qatı açılmamış sirlərdən bəhs ediləcək.

Verilişdə tamaşaçılar Odlar diyarının qədim tarixinə səyahət edə, o dövrlərin ab-havasına köklənə biləcəklər.

Fuad Axundov layihə ilə bağlı danışarkən qeyd edib ki, verilişdə tək Bakıdakı deyil, Azərbaycandakı tarixi məkanlar və abidələr barədə söz açılacaq.



Azvision.az


Teqlər: AzTV  





Xəbər lenti