Türkiyədə yoluxma və ölüm sayı yenə artdı

   Türkiyədə yoluxma və ölüm sayı yenə artdı
  10 Sentyabr 2020    Oxunub:3365
Türkiyədə son sutka ərzində 55 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1673 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 6837, virusa yoluxanlar isə 284 943 nəfərə çatıb.

Türkiyədə indiyədək 254 188 pasiyent (son sutkada 943 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti