20 milyona yaxın insan koronavirusa qalib gəlib

  20 milyona yaxın insan koronavirusa qalib gəlib
  10 Sentyabr 2020    Oxunub:3199
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı açıqlanıb.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 27 milyon 898 min 860, pandemiya qurbanlarının sayı isə 904 min 711 nəfərə çatıb.

İndiyədək 19 milyon 953 min 123 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti