Sürücülərin nəzərinə: Vahid rüsum tətbiq ediləcək

  Sürücülərin nəzərinə:  Vahid rüsum tətbiq ediləcək
  10 Sentyabr 2020    Oxunub:2622
Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə vahid rüsum tətbiq ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili bildirib.

Komitə sədri qeyd edib ki, məsələ ilə bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Onun sözlərinə görə, minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı dövlət rüsumu hər il Nazirlər Kabineti tərəfindən müəyyən olunur: "Layihəyə əsasən bu mexanizm ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq".

Qeyd edək ki, layihəyə əsasən, yaxın qohumlara - ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar - bağışlanması halları istisna təşkil edir. Bu istisnadan başqa hallarda isə müvafiq məsələ üçün 10 manat rüsum tətbiq olunması gözlənilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   İclas  





Xəbər lenti