Bakı metrosu açılışa hazırlaşır?

 Bakı metrosu açılışa hazırlaşır?
  10 Sentyabr 2020    Oxunub:4470
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bizə metronun açılması üçün hazırlıq işlərinin görülməsi barədə tapşırıq daxil olmayıb.
Bunu Azvision.az -a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda metronun fəaliyyətinin bərpa olunub-olunmayacağı məlum deyil:

“Metro iyulun 4-dən bağlandığı gündən adi texnoloji proseslərə və texniki normativ sənədlərə uyğun olaraq iş davam etdirilib. Karantin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tapşırıqlarını, metodik göstərişlərini əsas götürərək hər bir işimiz öz axarında gedib”.

Qeyd edək ki, son günlər məktəblərin açılması ilə əlaqədar metronun fəaliyyətini bərpa edəcəyi haqda məlumatlar yayılmaqdadır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti