Lənkəranda ağır qəza: Ölən və yaralılar var

Lənkəranda ağır qəza:  Ölən və yaralılar var
  10 Sentyabr 2020    Oxunub:3535
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, rayonun Girdəni kəndi ərazisində Günəhir kənd sakini A.Fərəcovun idarə etdiyi “Shacman” və İstisu qəsəbə sakini M.Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə M.Kəlbiyevin sərnişinlərindən Mahir Əhmədov hadisə yerində ölüb, özü və digər üç sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti